Dünya

Moskvaya kütləvi dron hücumu oldu

11 Dekabr 2025 10:53
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə vasitələri region üzərində 40 PUA zərərsizləşdirib. 

Həmin dronlardan 32-nin paytaxt istiqamətində uçduğu qeyd olunub.

Bununla yanaşı, gecə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bakı vaxtı ilə təqribən saat 09:00-da aeroportların işi fəaliyyətini bərpa edib.

Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.