Dünya

Melaniya Trampın heykəli oğurlandı

16 May 2025 00:20
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın birinci xanımı Melaniya Trampın doğma vətənində-Sloveniyada  əvvəlcə taxta heykəli yandırılmışdı, onun yerinə qoyulan bürünc heykəl isə indi yoxa çıxıb. Bu səbəbdən polis istintaqa başlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin birinci xanımı Melaniya Trampın bürüncdən hazırlanmış heykəli 2020-ci ildə onun Sevnitsa şəhəri yaxınlığında, bir ağac kötüyü üzərində yerləşdirilmişdi. Bu heykəl, daha əvvəl eyni məkanda olan və yandırılan taxta heykəlin yerinə qoyulmuşdu.

Polis və heykəlin müəllifi - amerikalı konseptual rəssam Bred Douninin verdiyi məlumata görə, heykəl topuqlarından kəsilərək naməlum şəxslər tərəfindən aparılıb.

Polis sözçüsü Alenka Drenik Ranqus AFP-yə bildirib:

"Oğurluq faktı mayın 13-də bildirildi və polis dərhal hadisə yerinə gələrək istintaqa başladı."

Heykəltəraş Bred Douni bu xəbəri Almaniyada yeni layihəyə hazırlaşdığı zaman eşitdiyini deyərək, "bir qədər kədərləndiyini" bildirib:

"Hissimə görə, bu, Donald Trampın seçkilərə qayıtması ilə əlaqəli ola bilər, amma kim bilir, elə deyilmi?"

Douni əlavə edib ki, orijinal taxta heykəl yandırılanda bu ona doğru gəlməmişdi və buna görə də onu bürünc versiyası ilə əvəz etmişdi. O, bu bürünc heykəli "anti-abidə, anti-təbliğat" kimi xarakterizə etmişdi.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.