Dünya

Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur”

15 May 2025 19:23
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan danışıqlar prosesinə və bu məqsədlə İstanbulda keçiriləcək görüşlərə yönəlib. Rusiya heyəti və ABŞ-dən bir sıra rəsmilər bu danışıqlar üçün İstanbulda toplaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Ərdoğanla Zelenski arasında Prezidentlik Kompleksində 2 saat 45 dəqiqə davam edən görüş baş tutub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Zelenski, İstanbulda danışıqlara qatılan Rusiya heyətində qərarvermə səlahiyyəti olan şəxslərin olmadığını bildirib.

Rusiyanın İstanbul sülh danışıqlarında heyət rəhbəri olan Vladimir Medinski, görüşlərə dair açıqlama verib. Medinski bildirib ki, "Biz bu danışıqlara, 2022-ci ildə Ukraynanın pozduğu sülh danışıqlarının davamı kimi yanaşırıq". O, əlavə edib ki, "Ukrayna ilə danışıqlardakı əsas məqsədimiz, böhranın əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhün təmin edilməsidir".

Türkiyə Prezident Administrasiyası, Ərdoğanla Ukrayna Prezidenti Zelenski arasında baş tutan görüşlə bağlı açıqlama yayıb: "Görüşdə Prezident Ərdoğan, Türkiyənin sülhün sürətlə təmin olunması üçün Ukrayna ilə Rusiya arasında dialoq kanallarının açıq qalmasının vacibliyini vurğulayıb və ev sahibi olaraq, uyğun zaman seçildikdə hər iki ölkənin liderini qəbul etməkdən məmnunluq duyacağını ifadə edib."

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.