Sağlamlıq

Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin

16 May 2025 02:02
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır.

Dünyaca məşhur sağlam həyat mütəxəssisi Dan Buettner uzun ömür və sağlam həyat istəyənlərə dörd zərərli qidanı mətbəxdən çıxarmağı tövsiyə edib.

O bildirib ki, emal olunmuş ətlər, şəkərli içkilər, cips və çox şirin məhsullar orqanizmə ciddi ziyan vurur və bu qidaların evə daxil edilməməsi sağlamlığın qorunması baxımından vacibdir.

Emal olunmuş ətlər bağırsaq xərçəngi riskini artırır. Əvəzində toyuq, hinduşka, yumurta və bitki mənşəli zülallar daha faydalıdır. Şəkərli içkilər və paketlənmiş şirniyyatlar isə piylənmə və şəkərli diabetə səbəb olur. Cips və duzlu qəlyanaltılar ürək və böyrək sağlamlığını təhlükə altına alır. Həddindən artıq şirin qidalar isə dərinin erkən qocalmasına gətirib çıxarır.

Mütəxəssis qeyd edib ki, evdə təzə meyvələr və şəkərsiz təbii qəlyanaltılar saxlamaq daha doğru seçimdir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.