İdman

Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər

16 May 2025 00:08
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasına namizəd Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin "Boluspor" klubu vacib qələbə qazanıb. 

Milli.Az xəbər verir ki, 29 yaşlı hücumçumuzun komandası I Liqanın pley-off mərhələsinin 1/4 finalında bir neçə dəqiqə öncə səfərdə "İstanbulspor"u məğlub edib.

2:1 hesabı ilə qalib gələn Bolu təmsilçisi pley-offun yarımfinalına çıxıb.

Vüsal bu matçda forma geyinmək şansı qazanmayıb.

Qeyd edək ki, Türkiyə I Liqasıda ilk iki yeri tutan "Kocaelispor" və "Genclerbirliyi" Superliqaya birbaşa vəsiqə qazanıb.

Qalan 1 vəsiqə uğrunda isə çempionatı 3-7-ci pillədə bitirən 5 kollektiv mübarizəyə qoşulub.

"Boluspor" 7-ci sıranın sahibi qismində pley-offda iştirak hüququna yiyələnib.

Pley-offun yarımfinalında rəqib rəqib "Bandırmaspor" olacaq. İsgəndərlinin komandası bu səddi aşacağı təqdirdə, I Liqanı 3-cü sırada başa vurmuş "Karagümrük"lə həlledici qarşılaşmada üz-üzə gələcək.

Onu da əlavə edək ki, ötən ilin yayında Albaniyanın "Eqnatiya" klubundan "Boluspor"a keçən Vüsal yeni klubunda 25 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.