“Sirli dolça” premyeraya hazırlaşır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 4-də Azərbaycan Dövlət Kukla Teatrında növbəti səhnə işinin premyerası olacaq.
Bu barədə Milli.Az-a teatrın mətbuat xidmətindən bildirilib.
Azərbaycan xalq nağıllarından "Ağ daşın sirri" adlı qısa və məzmunlu nağıl əsasında Əməkdar artist, dəvətli rejissor Rauf Avşarovun səhnələşdirmə və quruluşunda hazırlanan tamaşa klassik nağılların xarakterinə xas üslubda ərsəyə gəlib.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.
Birhissəli uşaq tamaşasında obrazları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Rəhim Rəhimov, Yasin Abbasov, Vüqar İsmayılov, Könül Nəsibova canlandırırlar.
Pepertuara yenicə daxil olan "Sirli dolça" tamaşası uşaqlara sirli nağıllar aləmindən xoş anlar vəd edir.
Sözsüz ki, əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən hali edəcəklər.
Məsələn, dürüstlüyün ən böyük güc olduğunu, həqiqətin gec-tez üzə çıxdığını, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyini, zəkanın fiziki gücdən daha öndə olduğunu və s.
Tamaşanın hekayəti maraqlı və bir o qədər də fərqlidir. Belə ki, qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi, xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür.
Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir də ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.
Sözsüz ki, bu sözlər Padşahın ağlına batmır. Çünki o, bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq.
Elə bu zaman bir Dərviş peyda olur və çarəsiz şah ondan kömək umur.
Sonra hiyləyə əl atan şah qızına elçi düşən saysız gəncin həyatına son qoyur. Belə ki, dolçaya bir qara bir ağ daş əvəzinə 2 qara daş qoyur və nəticədə şahzadə ilə evlənəcək namizədlər ağ daşı tapa bilməyərık dar ağacından asılırlar.
Atasının bu əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq şahzadə ilə evlənir.
Sözsüz ki, Padşah da sonda bu əməlindən peşman olur və taxtını itirməklə bağlı qorxusunu aşaraq rahat ömür sürür.
Onu da qeyd edək ki, tamaşa klassik kukla texnikasında parket kuklalarla ərsəyə gətirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
XƏBƏR LENTİ
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub





