Ölkə

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye - FOTO

30 İyun 2025 19:16
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunan general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasında vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.