15:33
Türkiyənin Bursa vilayətində daha bir zəlzələ meydana gəlib.
Milli.Az xəbər verir ki, 4,2 bal gücündə yenidən zəlzələ baş verib.
İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilən yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
Ölkənin daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamada bildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyəti qurumlar sahə yoxlamalarına başlayıblar.
13:57
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ İstanbulun bəzi rayonlarında da hiss olunub.
Zəlzələ 3,9 bal gücündə baş verib.
Milli.Az