Türkiyənin "Leman" jurnalının növbəti sayı qalmaqala səbəb olub.
Milli.Az xəbər verir ki, jurnal növbəti buraxılışında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edib.
İstanbulda hadisə ilə bağlı etiraz aksiyaları baş verib. İstanbul Prokurorluğu "Leman" jurnalı barədə həmin karikaturaya görə araşdırma başladıb.
Prokurorluq dini dəyərlərin təhqir edildiyi iddiası ilə jurnalın dörd işçisini saxlayıb.
Həmçinin istintaq çərçivəsində jurnalın müvafiq sayının yığışdırılmasına qərar verilib.
Milli.Az