Maraqlı

Tanınmış aktrisa vəfat etdi - FOTO

15 May 2025 13:48
Baxış: 5 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyalı müğənni və aktrisa Naddel (əsl adı Nadja Abd el Farrag) 60 yaşında dünyasını dəyişib.

Milli.Az bildirir ki, "The Mirror"un məlumatına görə məşhur ifaçı orqan çatışmazlığından Hamburgdakı klinikaların birində həyatını itirib. Naddelin mayın 9-da öldüyü bildirilsə də, bu xəbər yalnız indi ictimaiyyətə açıqlanıb.

O, "I'm A Celebrity...Get Me Out of Here" və "Celebrity Big Brother" kimi reality şoularının alman versiyalarındakı çıxışları ilə tanınırdı.

Naddel eyni zamanda "Modern Talking" qrupunun üzvü, musiqiçi Diter Bolenlə uzun illər davam edən münasibəti ilə də gündəmdə olmuşdu. Cütlük 1989-2001-ci illər arasında bir neçə dəfə ayrılıb barışmışdı. Bolen keçmiş sevgilisinin ölüm xəbərinə İnstaqramda reaksiya verib. O, ikisinin səhnədə birgə olduğu görüntünü paylaşaraq yazıb:

"Çox kədərliyəm. Huzur içində yat, Nadja."

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.