Bu gün səhər 8 radələrində uşaq oğurluğuna cəhd olduğu bildirilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə paytaxtın qaradağ rayonu qobu park yaşayış massivindəkı 20 nömrəli zəngilan məktəbinin qarşısında baş verib.
Bu iddialarla həmin ərazidə yaşayan sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Sakinlərin dediyinə görə, dərsə gedən məktəblilərdən birini oğurlamağa cəhd edilib. Daha sonra sakinlərin köməyi ilə o xilas olunub.
Hadisənin şahidi olan şagirdlər də gördükləri vəziyyəti danışıblar.
Məsələ ilə bağlı ərazidəki məktəbdən də hadisənin təfərrüatlarını öyrənməyə cəhd etdik.
Hətta valideynlər tərəfindən həmin şəxsin ərazidə aptekə girdiyi iddia edilir və belə bir fotonun da həmin şəxsə aid olduğu deyilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Ətraflı videoda:
Milli.Az