Hadisə

Kürdəmirdə ər arvadına 10 bıçaq xəsarəti yetirdi

14 Oktyabr 2025 10:37
Baxış: 485
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.

Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Kürdəmir rayonunda həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Nizami Hüseynov saxlanılıb.

Bildirilib ki, Kürdəmirdə baş verən hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.