Hadisə

Bakıda "Range Rover" yandı - VİDEO

14 Oktyabr 2025 10:05
Baxış: 614
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.