Hadisə

Rusiya-Ukrayna müharibəsində azərbaycanəsilli hərbçi həlak olub

14 Oktyabr 2025 17:27
Baxış: 553
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həyatını itirib. Bu barədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu sosial şəbəkə üzərindən məlumat paylaşıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Faiq Şofel son illərdə Ukrayna ordusunun xüsusi təyinatlı kəşfiyyat bölmələrində xidmət göstərib və bir sıra əməliyyatlarda iştirak edib. O, oktyabrın 12-də tapşırıq icrası zamanı həlak olub.

Faiqin atası Şirvan şəhərindəndir, anası isə Ukrayna əsillidir.

Qəhrəman döyüşçü ilə vida mərasimi oktyabrın 16-da, səhər saat 10:00-da Odessadakı "Zabitlər evi"ndə keçiriləcək. Daha sonra o, şəhər kənarındakı müsəlman qəbiristanlığında torpağa tapşırılacaq.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.