Tedesko istədi: "Fənərbağça" dünya ulduzunu GƏTİRİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fənərbağça" qış transfer dönəmi üçün "8 nömrə" axtarışlarını davam etdirir. Klub rəhbərliyi bu mövqeyə yeni adlar üzərində işləyərkən, baş məşqçi Domeniko Tedesko gözlənilməz bir futbolçunun adını gündəmə gətirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis rəhbərlikdən "Bayern Münhen" in yarımmüdafiəçisi Leon Qoretskanın durumunun araşdırılmasını istəyib. Tedesko bildirib ki, əgər transfer üçün şərait yaranarsa, futbolçu ilə şəxsən danışmağa hazırdır.
Qoretska yenidən Tedesko ilə birləşə bilər

Tedesko 2017-2018 mövsümündə "Şalke" klubunu çalışdırarkən Qoretska komandanın ən önəmli oyunçularından biri olub. Alman futbolçu həmin mövsümdə 29 rəsmi oyunda 4 qol və 5 asistlə yadda qalıb və həmin uğurlu çıxışının ardından Bayern Münhenə transfer olunub.
Hazırda 30 yaşlı yarımmüdafiəçi Münhen klubunda əsas heyətdəki yerini itirib. Bu mövsüm 8 oyunda meydana çıxan Qoretska cəmi 446 dəqiqə oynayıb. Bildirilir ki, Bayern Münhen onun iyunda başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır.
Tedesko: "Komandamıza böyük töhfə verər"
Türkiyə mətbuatının məlumatına görə, Tedesko rəhbərliklə söhbətində belə deyib:
"Qoretskanın durumuna baxaq. Əgər Bayern Münhen onu mövsüm bitmədən buraxmağa razı olsa, mən də onunla danışaram. Keyfiyyəti və təcrübəsi ilə bizə çox şey qazandıra bilər."
Futboldan məsul idarəçi Ertan Torunoğulları və futbol direktoru Devin Özekin bu istiqamətdə ilk addımları atacağı bildirilir.
Qoretska: "Tedesko mənim üçün çox önəmli idi".
Leon Qoretska 2021-ci ildə verdiyi bir müsahibədə Domeniko Tedesko haqqında belə danışmışdı:
"Şalke"də oynayarkən Tedesko mənim üçün çox önəmli bir məşqçi idi. Xüsusilə taktiki baxımdan məni çox inkişaf etdirdi. Onunla birlikdə olduqca uğurlu bir mövsüm keçirdik və liqanı ikinci yerdə tamamladıq".
Əgər Bayern Münhen yanvarda satışa "yaşıl işıq" yandırsa, "Fənərbağça"nın bu transfer üçün ciddi addım atacağı gözlənilir.
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
XƏBƏR LENTİ
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)





