Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.
Milli.Az xəbər verir ki, "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. O, tədbirin əhəmiyyətini belə dəyərləndirir: "Bakıya uçuş - İndi duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür".
Tədbirin əsas mövzusu - suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Fly to Baku Art Weekend. Sense the Future NOW" incəsənət festivalının açılışı olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən "My Seas, My Oceans" adlı sərginin də açılışı olacaq.
Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən "Dance Ability" qrupunun festival üçün hazırlanan immersiv tamaşası nümayiş olunacaq. Həmçinin rəsmi açılış zamanı Amerikadan əfsanəvi Cheryl "Pepsii" Riley (Şeril "Pepsii" Rayli) ilə "Interplay" qrupunun ifasında "R&B" və caz improvizasiyasının unikal qarışığından ibarət unudulmaz konsert baş tutacaq.
Festival müddətində Bakının bir çox simvolik abidələri - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq. Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma təşəbbüsləri vasitəsilə "İncəsənət həftəsonu" layihəsi həm Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının əks-sədasını ön plana çıxaracaq.
Festivalın proqramı olduqca zəngindir. Üçgünlük tədbir müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin Nəbizadənin "Sonuncu dalğa" kinetik instalyasiyası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və ekologiyanı birləşdirən çoxşaxəli "Püstə ağacı: yaddaşın kökləri" layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri, Firuzə Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı məşğuliyyətlərdən ibarət xüsusi proqram, "Baku Steel Art 2025" festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq, mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya ziyarətləri də təqdim edəcək.
"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" yalnız mədəniyyət tədbiri deyil; o, keçmiş ilə gələcəyi, yerli ilə beynəlxalqı, ənənəvilik ilə yeniliyi özündə birləşdirən bir körpüdür. Tədbir bütün dünyanı Azərbaycanın yaradıcılığını ən canlı və çoxşaxəli şəkildə kəşf etməyə çağırır.
"İncəsənət həftəsonu"nun proqramına daxil olan bəzi sərgilər oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi saytdan izləmək mümkün olacaq. Hazırda bütün sual və təkliflər üçün [email protected] ünvanına müraciət edə, buradan isə yenilikləri izləyə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
-
Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək - ADY
-
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Universitetlərə qəbul imtahanlarının nəticələri açıqlandı
-
Xətaidə bir gün su olmayacaq





