Cəmiyyət

Sabunçunun kanalizasiya problemi niyə həll olunmur? - AÇIQLAMA

14 Oktyabr 2025 21:00
Baxış: 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabunçu rayonunun Sabunçu qəsəbəsində, Sultan Məcid Əfəndiyev küçəsində yaşayan sakinlər artıq bir neçə aydır davam edən kəskin üfunət qoxusundan şikayətçidirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, vəziyyət xüsusilə son altı ayda dözülməz hal alıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama verib.

Qurumun bildirdiyinə görə, ərazidə kanalizasiya xəttinin üzərində icazəsiz tikinti aparılıb və həmin xəttin bir hissəsində qəza baş verib. Hazırda problemli xəttin başqa istiqamətə yönləndirilməsi ilə bağlı işlər görülür. Qurumdan o da bildirilib ki, yaxın günlərdə məsələ tam şəkildə həll ediləcək.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.