"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə futbolçuları yetkinlik yaşına çatmayan qızın razılığı olmadan onun iştirak etdiyi intim videonu çəkməkdə və yaymaqda təqsirləndirib.
Həmçinin Andres Qarsiya və Xuan Rordiqesə də ittihamla üz-üzə qalıblar.
Qeyd olunur ki, hadisə 2023-cü ildə olub.
Zərərkəçən yeniyetmə qızın anasının dediyinə görə, futbolçular 16 yaşlı övladının videosunu çəkib, daha sonra yayıblar.
Bildirək ki, Raul Asensio 2024-cü ildə "Real"ın əsas komandasında meydana çıxmağa başlayıb. İnamlı oyunu ilə seçilən futbolçu bu mövsüm bütün turnirlərdə 51 oyunda "Kral klubu"nun formasını geyinib.
Hüseyn
Milli.Az