Şou-biznes

"Yiyəsiz qəbirstanlığa oxşayır, gedəndə ürəyim xarab olur" - Xalq artisti

15 May 2025 22:39
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, R. Balayev deyib ki, kinostudiyanı yenidən ayağa qaldırmağa çalışırlar:

"Kino ittifaqının birinci katibi kimi çalışırdım. 2013-cü ildə istefa verdim və 9 il evdə oturdum. Bu, mənim üçün uzun  müddət idi. Çəkiləsi olsaydım, o müddətdə çox filmdə oynaya bilərdim. Amma filmlər çəkilmirdi, bu illər boşa getdi. Sonradan dəvət etdilər, seçki oldu, seçdilər, mən də İttifaqda çalışıram. Çox təəssüf ki, həmin ab-hava yoxdur. Cəfər Cabbarlı adına Kinostudiyada 1200 adam çalışırdı. İndi 30-35 adam işləyir. Gedirsən, yiyəsiz qəbirstanlığa oxşayır, ürəyim xarab olur. Çünki 17 yaşıma qədər ata evində böyümüşəm, sonra universitetə qəbul olunmuşam, 50 ilə qədər ömrümü kinoda keçirmişəm. Çalışırıq ki, kinostudiya işə düşsün, yeni filmlər çəkilsin. Hələ ki, əlləşirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.