Dünya

Zelenski Rusiyanın axşam hücumundan danışdı

31 Mart 2025 09:56
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər gün və hər gecə Putinin diplomatiyaya əhəmiyyət vermədiyini nümayiş etdirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, təkcə bu gün Çerkası, Xerson, Donetsk, Zaporojye, Dnepropetrovsk, Sum və Xarkov vilayətləri PUA-lardan, artilleriyadan və idarə olunan aviabombalardan hücuma məruz qalıb.

Prezident qeyd edib ki, Rusiya onun döyüş qabiliyyətini qıra biləcək bütün sərt addımlara layiqdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.