Dünya

Zelenskiyə yeni səlahiyyət verildi

26 Fevral 2025 09:42
Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Rada Ukrayna prezidentinə hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini başqa ölkələrə göndərməyə icazə verən qanunu qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak teleqram kanalında məlumat verib.

Qanunun lehinə 267 deputat səs verib.

"Dövlət başçısı hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini başqa ölkələrə göndərilməsi barədə qərar qəbul edə bilər. Lakin bir şərtlə ki, onun təsdiq edilməsi haqqında qanun layihəsi eyni vaxtda Ali Radaya təqdim edilməli, göndərilən bölmədəki vəzifələr, saylar, silahlar və qalma müddəti barədə məlumat verilməlidir", - məlumatda qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.