Ali Rada Ukrayna prezidentinə hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini başqa ölkələrə göndərməyə icazə verən qanunu qəbul edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak teleqram kanalında məlumat verib.
Qanunun lehinə 267 deputat səs verib.
"Dövlət başçısı hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini başqa ölkələrə göndərilməsi barədə qərar qəbul edə bilər. Lakin bir şərtlə ki, onun təsdiq edilməsi haqqında qanun layihəsi eyni vaxtda Ali Radaya təqdim edilməli, göndərilən bölmədəki vəzifələr, saylar, silahlar və qalma müddəti barədə məlumat verilməlidir", - məlumatda qeyd edilib.
Milli.Az