Dünya

Almaniyada matəm elan olundu

21 Dekabr 2024 23:37
Baxış: 1 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib", - bəyanatda deyilir.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.