Dünya

İspaniyada daşqınlarda ölənlərin sayı 95-ə çatdı

31 Oktyabr 2024 10:29
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Valensiyada 92, Kastilya-La-Mançada (Madridin cənubunda) 2, Malagada isə 1 nəfər ölüb.

Oktyabrın 29-da İspaniyanın cənubunda və şərqində soyuq cəbhənin yaratdığı leysan yağışları avtomobil, dəmir yolu və hava nəqliyyatını dayandırıb. Ən çox zərər çəkmiş bölgələrin səlahiyyətliləri sakinləri evlərini tərk etməməyə çağırıb. Meteoroloqların məlumatına görə, pis hava şəraiti oktyabrın 31-dək davam edəcək.

Ölkə matəm içindədir.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.