Süni intellektin bizə qazandırdığı vaxta nə etməliyik? - The Guardian
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Luddizmdən (qəribə hobbilər, sosial baxımdan uyğunluq problemi, izaholunmaz geyim seçimləri və s.), ilhamlanan biri kimi görünsəm də etiraf etməliyəm ki, avtomatlaşdırma bəzi darıxdırıcı işləri daha dözümlü edib.
Bu baxımdan yazıçı və filosof Co Qreyin fikirləri ilə razıyam. Onun "Saman itləri" adlı ekoloji nihilizm ruhlu əsərində Qrey insanların biosferi məhv edən bir növ olduğunu, eyni zamanda texnologiya vasitəsilə həyatlarını asanlaşdırdıqlarını vurğulayır. O, xüsusilə keyidici ilə aparılan stomatoloji prosedurları "birmənalı olaraq faydalı" sayır.
Mən bu siyahıya bir neçə "birmənalı faydalı" məqamı da əlavə edərdim: "YouTube"da maraqlı quş videolarına baxmaqdan zövq alıram; çox baxdıqdan sonra telefonumun məni yüngülcə gəzməyə çağırması xoşuma gəlir; və mətbəə ilə də heç bir problemim yoxdur.
Lakin "süni intellekt inqilabı" adlandırılan prosesdə məni narahat edən əsas məsələlərdən biri də onun bəzi şeyləri "sadələşdirəcəyini" vəd etməsidir - halbuki bu şeylər elə sadə olmamalıdır və mən də onların sadələşdirilməsini istəmirəm.
Texnologiyaya münasibətdə bir prinsipim var: kompüterə yalnız özüm etmək istəmədiyim və etməkdən xüsusi fayda əldə etmədiyim işləri həvalə edirəm. Məncə, kompüterin ideal modeli kalkulyatordur - əlimdə qələm-kağızla otursam, ehtimal ki, kalkulyatora verdiyim hesablamaların çoxunu özüm də edə bilərəm. Amma bu, vaxt aparar və mən məşğul adamam (çoxlu maraqlı quş videoları izləməliyəm), ona görə bu işi kompüterə tapşırıram.
Lakin süni intellektin mənim adımdan yerinə yetirməyə çalışdığı əksər işləri ona həvalə etməyə razı deyiləm. Məsələn, dostlarımın mənə göndərdiyi mesajların məğzinin qısaldılmasını istəmirəm - sevdiklərimin həyatından xəbərdar olmaq işi necə yəni ağır və ya yaşamın əsas hissəsi deyil? Axtarış nəticələrimi "Google"un süni intellekti vasitəsilə səthi bir xülasəyə çevirmək istəmirəm - insanların hazırladığı araşdırmaları oxumağa üstünlük verirəm. Telefonda çəkdiyim, qarışıqlığı və qəribəliyi ilə maraqlı olan şəkillərin süni intellekt tərəfindən "təmizlənməsini" də istəmirəm.
Və əlbəttə ki, kitablarımı süni intellektin yazmasını, şəkillərimi onun çəkməsini də qəbul etmirəm. Belə bir nəticə təkcə pis olmazdı - ümumiyyətlə, nəticə sayılmazdı. Yaradıcılıqla məşğul olanlar yaxşı bilirlər: kitab yazmağın sevinci prosesi bitirdikdən sonra deyil, məhz yazarkən yaşanır. Əgər yaradıcı işi kompüterə təhvil verirsənsə, deməli, sən yaradıcı deyilsən. Yalnız məhsul istehsal edən insan sənətçi deyil - o, satıcıdır. Sənətçi yaradan insandır, sadəcə yaratmış olan yox.
Sadə desək: bu "yaşam aktının qısaldılması" yürüşünün bizi hara aparacağını bilmirəm. Süni intellekt bizə vaxt qazandıracağını vəd edir. Amma əgər bu vaxt bizə öyrənmək, yazmaq, rəsm çəkmək və dünyanı kəşf etməkdən imtina etdirərək qazandırılırsa, o zaman bu vaxtla nə etməliyik?
Getdikcə daha aydın görünür ki, kompüter mənim həyatıma mənim əvəzimə yaşaya bilər - mən isə zəifləyib, evdən çıxmadan oturarım. Əgər həyatımı "ChatGPT" sorğularına endirsəm, bu, həyatımı daha yaxşı etməz - sadəcə, qısaldar. Texnologiya sektorunun nümayəndələri nə deyirsə desin, bu ikisi eyni şey deyil.
Cozef Erp - tənqidçi, rəssam və yazıçı.
Tərcümə: Valyuta.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
XƏBƏR LENTİ
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi





