Ölkə

Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş - RƏSMİ

31 Mart 2025 10:04
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.

Milli.Az xəbər verir ki, modern.az mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Səfərov Qismət Sərraf oğlu hazırda Lənkəran rayonu N.Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərmir.

Qeyd edilib ki, O, 2024-cü ildə öz ixtisası üzrə təhsilverənlərin təkrar sertifikasiya imtahanında iştirak edib, lakin uğur qazanmayıb. Bu səbəbdən ötən il müqaviləsinə xitam verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.