Təəssüf ki, Ermənistan etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir - BƏYANAT
Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edir. Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlılar bu günü dərin kədərlə anırlar.
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) bəyanatında deyilir.
Qeyd olunub ki, 1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.
"Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi azərbaycanlıları bir etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.
Erməni siyasi birlikləri, silahlı qrupları və daha sonra Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək, çoxsaylı yerlərdə kütləvi qətliamlar törətmiş, azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarmış və onların mədəni irsini sistemli şəkildə məhv etmişdir.
Azərbaycan xalqına qarşı soyqırımı aktları tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədilib və etnik təmizləmə həyata keçirilib.
Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində Ermənistan ərazisində vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-53, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb", - icmadan bildirilir.
Qurumdan əlavə edilib ki, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada çoxsaylı qətliamlar törətməsi, 800 min azərbaycanlını oradan qovması, Azərbaycan mədəni irsinidağıtması soyqırımı siyasətinin tərkib hissəsidir:
"Təəssüf ki, Ermənistan öz məsuliyyətini etiraf edib sülh, ədalət və barışığın əldə olunması üçün lazımi addımlar atmaq əvəzinə etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir və sülhə zidd addımlar atır. Azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təbliğ edir. Xüsusilə təəssüf doğuran hal odur ki, Ermənistan hökuməti müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Azərbaycanda davam edən məhkəmə prosesinə yardım etmək əvəzinə, ona hər vəchlə mane olmağa çalışır və cəzasızlıq mühitini təşviq edir.
Bundan başqa, Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququna mane olmaqla, irqçi siyasətini davam etdirir və soyqırımı yolu ilə yaratdığı mono-etnikliyini qoruyub saxlamağa çalışır.
Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı - gecə
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq





