Dünya

KXDR Cənubi Koreyaya xəbərdarlıq edib

19 Oktyabr 2024 09:32
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Şimali Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik Seulun hərbi obyektlərinin KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb.

"Bunun ardınca dərhal cavab zərbələri endiriləcək", - Nazirlik bəyan edib.

Oktyabrın 19-da Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapıldığı bildirilib. Koreya Respublikası rəsmiləri bununla bağlı şərh verməyib.

Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və "cənub sərhədini qalaya çevirəcəyini" açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.