Dünya

ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var

13 Oktyabr 2024 08:54
Baxış: 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Tennessi Dövlət Universitetinin yaxınlığında atışma baş verib, bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli "ABC News" kanalı məlumat yayıb.

"Neşvil polisi və xilasediciləri şənbə günü axşam Tennessi Dövlət Universitetinin yaxınlığında baş verən və bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı hadisə yerinə müdaxilə edib", - telekanalın saytındakı bəyanatda deyilir.

"CBS News" telekanalı da universitetin binası yaxınlığında baş verən atışma nəticəsində azı bir nəfərin öldüyünü, daha doqquz nəfərin yaralandığını bildirib.

Məlumata görə, zərərçəkənlər, o cümlədən cinayəti törətməkdə şübhəli bilinən xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar açıqlanmır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.