Dünya

Zelenski dünyanın gözlədiyi xəbəri verdi: Rusiya ilə müharibə bu tarixdə bitəcək

22 Sentyabr 2024 21:36
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ilə Rusiya arasında münaqişə 2024-cü ildə bitməlidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə birgə konfrans zamanı münaqişəyə 2024-cü ildə son qoymaq niyyətini açıqlayıb. Eyni zamanda, o, özünün "sülh formulunu" münaqişənin həllinin yeganə yolu adlandırıb.

"Biz bu il ikinci "sülh sammiti"ni - bu münaqişəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik", - deyə siyasətçi vurğulayıb. O, həmçinin əlavə edib ki, konfrans Rusiya ilə qarşıdurmanın yekun həllinə gətirib çıxarmalıdır.

Bundan əvvəl ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfild Zelenskinin həll planını şərh etmişdi. Onun fikrincə, siyasətçinin təklifi işə yaraya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.