Dünya

Erməni postunda atışma: əsgər başından yaralandı

17 Sentyabr 2024 01:03
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusunun döyüş mövqeyində əsgərlər arasında atışma baş verib. Nəticədə bir əsgər başından yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Ermənistan İstintaq Komitəsi isə məlumatı təkzib edərək, hadisənin 15 sentyabr saat 18:45-də baş verdiyini bildirib.

Komitə vurğulayıb ki, ötən gün saat 18:45 radələrində N saylı hərbi hissənin əsgərlərindən biri xidməti silahını doldurarkən ehtiyatsızlıqdan bir dəfə atəş açıb və bu atəş də əsgər yoldaşının başına dəyib. Başından yaralanan əsgər əməliyyat olunub və hazırda vəziyyətinin qənaətbəxş olduğu iddia edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.