Dünya

Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

10 Sentyabr 2024 23:55
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2040-cı ilə qədər dünya əhalisinin böyük bir hissəsi iqlim fəlakətlərinin qurbanı olacaq.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, belə bir qənaətə CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin bir qrup alimi tədqiqatlar apardıqdan sonra gəliblər.
 
Məlumata görə, 20 il ərzində tropik və subtropik bölgələrdə orta temperatur əhəmiyyətli dərəcədə yüksələcək.
 
Tədqiqatçıların fikrincə, güclü istilərdən sonra leysan yağışlar, daşqınlar gözlənilir ki, bu da görünməmiş təbii fəlakətlərə səbəb olacaq. Bu da, insanların və mal-qaranın sağlamlığına, infrastruktura, yaşayış binalarına və ətraf mühitə ciddi ziyan vura bilər. Nəticədə 1,5 milyard insan və ya dünya əhalisinin 20%-i böyük təhlükənin qurbanına çevriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.