Dünya

"Yaxın Şərqdə vəziyyət kritik nöqtəyə çatıb" - Mariya Zaxarova

28 Avqust 2024 20:20
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxın Şərqdə təhlükəli eskalasiyanın köklü səbəbi Fələstin-İsrail münaqişəsinin nizamlanmaması və beynəlxalq birliyin Qəzzada qan tökülməsinin qarşısını almaq iqtidarında olmamasıdır..."
 
Yaxın Şərqdə vəziyyət kritik nöqtəyə çatıb, bu da münaqişənin genişmiqyaslı müharibəyə səbəb ola biləcək nəzarət edilməyən eskalasiyasına gətirib çıxara bilər.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"' agentliyinə müsahibəsində bəyan edib.
 
"ABŞ-ın Yaxın Şərqdə, o cümlədən Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Fars körfəzi zonasında hərbi mövcudluğunun gücləndirilməsi ciddi eskalasiya təhlükəsi yaradır, - o, deyib.
 
Bununla Rusiya XİN rəsmisi ABŞ-ın Yaxın Şərq regionuna İsrailə dəstək göstərilməsi üçün xeyli qüvvə göndərməsi barədə məlumatı şərh edib.
 
O, qeyd edib ki,  "Yaxın Şərqdə indiki təhlükəli eskalasiyanın köklü səbəbləri Fələstin-İsrail münaqişəsinin nizama salınmaması və beynəlxalq birliyin Qəzza bölgəsində misli görünməyən qan tökülməsinin qarşısını almaq iqtidarında olmamasıdır".
 
"Bu, regionda, xüsusilə İsrail ilə Livan sərhəddində, işğal edilmiş Colan təpələrində, həmçinin Qırmızı dəniz və Babül-Məndəb böğazı akvatoriyalarında hərbi-siyasi vəziyyətin xeyli pisləşməsinə gətirib çıxarıb", - diplomat əlavə edib və qeyd edib ki, "İsrail və İran arasında qarşıdurma yeni səviyyəyə qalxıb".
 
Daha sonra Zaxarova 2023-сü il dekabrın 18-də ABŞ müdafiə naziri Lloyd Ostinin elan etdiyi və ABŞ başda olmaqla koalisiya tərəfindən Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyin müdafiəsi və blokadadan çıxarılması məqsədilə aparılan "Çiçəklənmənin keşiyində" adlı hərbi missiyanı xatırladıb.
 
Onun fikrincə, bu əməliyyat "ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə zərbələr endirilməsinə və regionda vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.