Dünya

Bədəninin 99,98%-ni döymə ilə bəzəyən qadın Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

24 Avqust 2024 15:22
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ sakini bədəninin 99.98%-ni döymə ilə örtməklə Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "UPI" məlumat yayıb.

Məlumata görə, nailiyyətin müəllifi Konnektikutdan olan 36 yaşlı Esperans Lumineska Fuerzinadır. O, qadınlar arasında ən çox bədən döyməsi və bədən modifikasiyalarının sayına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Fuerzina bildirib ki, o, ilk döyməsini təxminən 15 il əvvəl, ilk modifikasiyasını isə - ikiyə bölünmüş dilini - 2014-cü ildə etdirib. Bundan əlavə, amerikalının çoxlu pirsinqləri var. Qadının bədəninin 99.98%-i döymə ilə örtülməsinə baxmayaraq, Fuerzina bununla dayanmağı planlaşdırmır.

"Mən hələ setin sonunu təsəvvür edə bilmirəm" , - o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.