Dünya

Ərdoğan Qətər şeyxi ilə Ankarada görüşdü

9 Avqust 2024 00:08
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.

İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Saninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə, Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.