Dünya

Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

28 İyul 2024 11:04
Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus epidemiyasından tamamilə sağaldığımızı düşünsək də yeni epidemiya təhlükəsi ilə bağlı həyəcan təbili çalmağa başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, koronavirusun yeni variantı olan FLiRT-ə yoluxma hallarında kəskin artım müşahidə olunur.

ABŞ və Avropanın bəzi yerlərində FLiRT variantlarının sürətlə yayılması narahatlıq doğurub.

May ayından etibarən dünyanın bir çox yerində artan FLiRT variantları ilə bağlı müraciət edən xəstələrin ən çox diqqət çəkən şikayətləri uzun müddətli öskürək və qızdırmadır.

ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, bu yay koronavirus şikayətləri ilə xəstəxanalara müraciət edənlərin əksəriyyətində FLiRT variantı aşkarlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.