Dünya

Mask da Netanyahu ilə görüşdü

26 İyul 2024 09:18
Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı iş adamı və milyarder İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Netanyahu özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

"Dünən Konqresdə çıxış etdikdən sonra Vaşinqtonda İlon Maskla görüşdüm. Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini, İsraillə texnoloji əməkdaşlıq yollarını müzakirə etdik", - Netanyahu bildirib.

Qeyd edək ki, ABŞ-də səfərdə olan Benyamin Netanyahu Amerika lideri Co Bayden və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə də görüşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.