Dünya

Netanyahu Vaşinqtonda Bayden və Harrislə görüşüb - FOTO

26 İyul 2024 08:21
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, tərəflər Qəzzadakı hadisələri, atəşkəs və Fələstinin radikal "HƏMAS" hərəkatının saxladığı girovların azad edilməsi üçün aparılan danışıqların gedişatını müzakirə ediblər.

Prezident Bayden boşluqları tez bir zamanda aradan qaldırmaq, razılığa gəlmək, girovları qaytarmaq və Qəzzada davamlı atəşkəsə nail olmaq zərurətindən danışıb.

Daha sonra Benyamin Netanyahu Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb. Görüş təxminən 40 dəqiqə davam edib. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.

Qeyd edək ki, İsrailin Baş naziri Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampla da görüşəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.