Dünya

Orban sülh planını liderlərə təqdim etdi

15 İyul 2024 23:50
Baxış: 770
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Macarıstan Baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə səfərindən sonra AB liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaz Orban deyib.

O qeyd edib ki, Orbanın planı indi hər bir AB liderinin masasındadır:

"Baş nazirin Kiyev və Moskvaya səfərlərindən aydın oldu ki, Ukrayna və Rusiyanın döyüşməkdə qərarlıdırlar. Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik".

O bildirib ki, Macarıstan potensial vasitəçilər - Çin, Türkiyə və Donald Trampla danışıqlara başlayıb:

"Ancaq avropalılar və indiki ABŞ administrasiyası müharibənin davam etdirilməsinin tərəfdarıdır".

Xatırladaq ki, Orbanın sülh planında nələr olduğu açıqlanmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.