Dünya

"Budur mənim cavabım. Yarışdayam və yenə qalib olacağam"

6 İyul 2024 06:50
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden respublikaçı Donald Tramp üzərində qələbəsinə əmin olduğunu və seçki yarışından geri çəkilmək niyyətində olmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Viskonsin ştatında keçirilən ianə toplama mərasimində çıxış edən Bayden iyunun 27-də Trampla teledebatı xatırladaraq "Mən deyə bilmərəm ki, bu mənim ən yaxşı çıxışım idi, lakin o vaxtdan bəri Conun nə edəcəyi, yarışda qalıb-qalmayacağı ilə bağlı çoxlu fərziyyələr var", - deyə bildirib.

Daha sonra bütün bu suallara cavab olaraq o deyib: "Budur mənim cavabım. Mən yarışdayam və yenə qalib olacağam".

Bayden qeyd edib ki, bəziləri onu seçkilərdə iştirakdan imtina etməyə sövq etməyə çalışır və bununla da guya ilkin seçkilərdə onu dəstəkləyən seçicilərin rəyinə məhəl qoymurlar. Daha sonra Bayden sözlərinə belə davam edib: "Mən mümkün qədər aydın olacağam. Yarışda qalacağam və Donald Trampa qalib gələcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.