Dünya

87 miqrant faciəvi şəkildə öldü

4 İyul 2024 23:12
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mavritaniyanın cənub-qərb sahillərində qayıq qəzası nəticəsində 87 miqrant həlak olub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Əl Akhbar" informasiya portalı məlumat yayıb.

Məlumata görə, əksəriyyəti Seneqal və Qambiyadan olan miqrantların meyitləri sahil mühafizəsi əməkdaşları tərəfindən Ndiaqo şəhəri yaxınlığındakı sularda aşkar edilib.

Qayıqda olan 184 nəfərdən 36-ı xilas edilib, onlarla insan itkin düşmüş hesab olunur.

Qərbi Afrika ölkələrinin sahillərindən qeyri-qanuni miqrantları Avropaya keçirmək cəhdləri adi hala çevrilib. Yararsız qayıqlarda tez-tez qəza halları müşahidə olunur ki, bu da onlarla miqrantın həyatını itirməsi ilə nəticələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.