Dünya

Bu ölkədə cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

29 İyun 2024 07:37
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinada cinayət məsuliyyəti yaşı 16-dan 13-ə endirilə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.

Qanun layihəsi ədliyyə naziri Marina Cuneo Libarona və təhlükəsizlik naziri Patrisiya Bullrix tərəfindən dəstəklənib. Qanunun məqsədi azyaşlıların kütləvi şəkildə mütəşəkkil cinayətə cəlb olunması fonunda cəzasız qalmamalarıdır.

"İndiki gəncləri 40 il əvvəlki gənclərlə müqayisə etmək olmaz. Yeni qanun ölkəmizin rifahı üçün əsas problemlərdən biri olan yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artması ilə mübarizə olacaq", - Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, 2023-cü ildə azyaşlılar 2,2 minə yaxın cinayət törədiblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.