Dünya

Bu andan AB Ukrayna müharibəsinə qoşulacaq - Filippo

26 İyun 2024 20:58
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın üzv olacağı təqdirdə Avropa Birliyi hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

"Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan AB-nin bir hissəsi olacaq", - Filippo bildirib.

Onun sözlərinə görə, Ukraynanın AB-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.

"Qoy Ukrayna daxil olsun, biz isə AB-dən çıxaq. Özü də tezliklə", - Filippo fransızlara çağırış edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.