Dünya

Baş nazir almaniyalı nazirlə görüşdən imtina etdi

22 İyun 2024 08:37
Baxış: 1 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeklə görüşdən imtina edib.almaniya

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Welt" nəşri Almaniyanın nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.

"Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı vacib görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Tsian ilə şənbə günü gözlənilən görüş baş tutmayacaq", - nəşr yazıb.

Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüşmək üçün cümə günü Çinə gələn Habek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söyləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.