Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeklə görüşdən imtina edib.almaniya
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Welt" nəşri Almaniyanın nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.
"Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı vacib görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Tsian ilə şənbə günü gözlənilən görüş baş tutmayacaq", - nəşr yazıb.
Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüşmək üçün cümə günü Çinə gələn Habek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun