Dünya

ABŞ Avropadakı nüvə arsenalını yeniləyir

21 İyun 2024 17:23
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş başlıqlarla əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Bernett deyib.

Bernett vurğulayıb ki, Vaşinqton bu barədə ictimaiyyətə açıqlama vermir, lakin arsenalın yenilənməsi davam edir.

Həmçinin, ICAN nümayəndəsi ABŞ-nin nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin hələ də davam etdiyini, hazırda silahların ölkə ərazisində hələ yerləşdirilmədiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.