Hadisə, Kriminal

Dayandığı yerdə maşınla vurub əlil ediblər - 19 aydı təzminatı da ödəmir - ŞİKAYƏT - FOTO - VİDEO

24 Noyabr 2025 15:45
Baxış: 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda 2024-cü il aprelin 24-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı şikayət daxil olub.

Milli.Az xəbər verir ki, qəzanı törədən şəxs saxlanılsa da, məhkəmənin təyin etdiyi maddi kompensasiya hələ də ödənilməyib.

Bildirilib ki, zərərçəkmişin ailəsi hazırda ağır vəziyyətdə olan xəstənin müalicə xərclərini qarşılamaqda çətinlik çəkir.

Abşeron Rayon Məhkəməsinin qərarına əsasən, Hacıyev Niftalı İsmayıl oğlunun cavabdeh Babazadə Hüseyn Məhəmməd oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiası qismən təmin olunub.

Qərara görə, maddi ziyana görə 15.000 manat, mənəvi ziyana görə 5.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması nəzərdə tutulub.

Milli.Az-a müraciət edən zərərçəkmiş Niftalı Hacıyevin həyat yoldaşı bildirib ki, 2 ilə yaxın vaxt keçib. 7 minə yaxın əvvəl köməklik edildi, amma bu xəcimizi qarşılamadı.

"Həyat yoldaşım N.Hacıyev hazırda ölümcü vəziyyətdədir, əmək qabiliyyətini itirib. Qarşı tərəf isə məhkəmənin qanuni tələbinə əməl edir. Ərim canı ilə əlləşir, çıxılmaz vəziyyətdə qalmışıq"

Qeyd edək ki, Babazadə Hüseyn 10-CY-652 dövlət nömrə nişanlı "Kia Ceed" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəzanın baş verməsinə səbəb olub. Hadisə nəticəsində Hacıyev İsmayıl Yunus oğlu ağır bədən xəsarətləri alıb.

Mina Mikayılova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.