Bakıda sürücü məsuliyyətsizliyi yol-nəqliyyat hadisəsinin baş verməsi ilə nəticələnib.
Milli.Az oxu.az-a istiandən xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Sözügedən hadisə Buzovna-Maştağa avtomobil yolunda qeydə alınıb.
BYD markalı avtomobil manevr qaydalarını pozub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı maşının sürücüsü BYD-ni son anda görüb və qəfil manevrlə qəzadan yayınmaq istəyib. Ancaq qarşı hərəkət zolağına çıxan "Toyota" "Cip" markalı maşınla toqquşub.
Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.
Qəzanın görüntülərini təqdim edirik:
Milli.Az





