Dünya

Bu müsəlman ölkəsində hicab qadağan edildi

21 İyun 2024 08:00
Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistan Prezidenti İmaməli Rəhman hicab taxmağı qadağan edən qanunu imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Tacikistan parlamenti tərəfindən qəbul edilən və "yadelli geyimlərin" istifadəsini tənzimləyən "Şənlik və mərasimlərin tənzimlənməsi haqqında" qanunu təsdiqləyib.

Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.

Yeni qanun "yadelli geyimlər" qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutur.

Qeyd olunur ki, qanun ictimai yerlərdə qadınların hicab əvəzinə üzün örtülməməsi şərti ilə baş yaylığı bağlamasına icazə verir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.