Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın "Sky TG24" telekanalına müsahibəsində deyib.
O, atəşkəs tələbləri yerinə yetirilsə belə, Putinin hərbi hücumunu dayandırmayacağını bildirib:
"Bunlar keçmişin mesajlarından heç bir fərqi olmayan ultimatum mesajlarıdır, ona görə də bu mesajlara etibar etməməlisiniz".
Qeyd edək ki, Putin Ukraynanın Donbas və "Novorossiya"dan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini götürən kimi Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun